104 yaşlı kişi koronavirusdan sağaldı

104 yaşlı kişi koronavirusdan sağaldı

ABŞ-ın Oreqon ştatında koronavirusa yoluxmuş ən yaşlı xəstələrdən biri sağlığına qovuşub.

Axeber.az bildirir ki, İkinci Dünya müharibəsi veteranı Uilyam Lapsçis dünyada bu günə qədər COVİD-19-dan sağalan ən yaşlı pasient olaraq qeydə alınıb.

Bu məqamda bildirək ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 215,357-yə çatıb, 5,113 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. //qafqazinfo