32 partiya maliyyə hesabatını MSK-ya təqdim edib

32 partiya maliyyə hesabatını MSK-ya təqdim edib

Azərbaycanda qeydiyyata alınmış siyasi partiyalardan 32-si maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Axeber.az bildirir ki, 32 partiyanın hesabatı qurumun saytında yerləşdirilib.

Qeyd edək ki, 23 partiya hələ də hesabatını MSK-ya təqdim etməyib.

Xatırladaq ki, 2019-cu il üzrə hesabatın təqdim edilməsi müddəti sabah başa çatır.