44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Axeber.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

- Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ağcəbədi rayonunun ərazisi atəşə tutulub.

- Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutub.

- 2020-ci il sentyabrın 27-dən oktyabrın 13-ə qədər Ermənistan silahlı qüvvəllərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 dinc sakin ölüb.

- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntülərini yayıb.