129 saylı məktəbin şagirdləri Türkay və Tunar şahmat turnirinin qalibi oldu - Fotolar
21 aprel 2023-cü il tarixində "Heydər Əliyev ili" çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri keçirilib.
Axeber.az-ın məlumatına görə, şahmat turniri Nizami rayon məktəblərində tədris alan məktəblilər arasında keçirilib.
Şahmat turniri iştirakçılarından 129 saylı orta məktəbin şagirdləri Türkay Nurizadə və Tunar bütün rəqiblərinə qalib gələrək mükafatlandırılıblar.
Türkay Nurizadə şahmat turnirində fəal iştirakına görə sertifikatka, Tunar isə medalla təltif olunub.