8 il sonra yenidən narkotik üstündə tutuldu

8 il sonra yenidən narkotik üstündə tutuldu

Britaniyalı musiqiçi Pit Doyerti Parisdə narkotik alarkən saxlanılıb.

Axeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “Point” xəbər verib.

Qəzetin yazdığına görə, o, cümə günü Parisin doqquzuncu rayonunda ələ keçib. İçkili olan Doyertinin üzərində 2 qram kokain olub.

Musiqiçinin narkotik üstündə tutulması ilk dəfə baş vermir. 2011-ci ildə London məhkəməsi Doyertini kokain saxladığına görə 6 ay azadlıqdan məhrum etmişdi.

Qeyd edək ki, Pit Doyerti 1997-ci ildə dostu Karl Baratla əsasını qoyduğu “The Libertines” qrupunun gitaraçısı və vokalistidir. Lakin bir çoxları musiqiçini narkotik qalmaqalları ilə tanıyır.