ABŞ-da ticarət mərkəzində atışma

ABŞ-da ticarət mərkəzində atışma

BŞ-ın Aventura (Florida ştatı) şəhərində yerləşən ticarət mərkəzində baş verən silahlı insident nəticəsində ən azı iki nəfər yaralanıb.

Axeber.az bildirir ki, bu barədə yerli televiziya şirkəti “WSVN” məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 19:00) ticarət mərkəzinin mağazalarının birində qeydə alınıb. Güllə yarası alan iki nəfər xəstəxanaya aparılıb.

Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.