ABŞ-ın dövlət katibi Novruz bayramı münasibətilə paylaşım etdi

ABŞ-ın dövlət katibi Novruz bayramı münasibətilə paylaşım etdi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken tviter hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Axeber.az xəbər verir ki, ABŞ rəsmisi dünyanın hər yerində Novruz bayramını qeyd edən insanları təbrik edib.

Entoni Blinken qarşıdan gələn yeni ilin hər kəs üçün ümid və yenilənmə ilə dolu, sağlam və şən keçməsini arzulayıb.