ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədində gərginliyi azaltmağa çağırdı

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədində gərginliyi azaltmağa çağırdı

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

Axeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi "Twitter" hesabında bildirilib.

"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoşunların geri çəkilməsi, sərhədlərin demarkasiyası və saxlanılanların qaytarılması da daxil olmaqla tərəfləri gərginliyi azaltmağa çağırırıq", - deyə paylaşımda bildirilib.