ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeronun rəhbərlik etdiyi nümayəndə heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.

Axeber.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi "Twitter"də paylaşım edib.

"Şiddətli hücüm zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq", - deyə paylaşımda Azərbaycan xalqına başsağlığı verilib.