ABŞ Çinin uyğurlara qarşı addımlarını soyqırımı hesab edir

ABŞ Çinin uyğurlara qarşı addımlarını soyqırımı hesab edir

ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini “soyqırımı” və “insanlığa qarşı cinayətlər” hesab edir.

Axeber.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo belə bir açıqlama ilə çıxış edib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim”, - deyə Pompeo öz açıqlamasında bildirib.

Loading...