Abşeronda ikimərtəbəli evdə yanğın oldu

Abşeronda ikimərtəbəli evdə yanğın oldu

Abşeron rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli mansarda tipli evin mətbəxində mebel dəsti yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi və 1 ədəd televizor əriyib.

Fövqəladə Hallar Nazirliyindən Axeber.az-av erilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.