Adına maaş kartı var, amma özünün xəbəri yoxdur - VİDEO

Adına maaş kartı var, amma özünün xəbəri yoxdur - VİDEO

Ağstafa sakinin 190 manat birdəfəlik ödəmə üçün müraciətinə gələn cavabda onunadına əmək müqaviləsi olduğu bildirilib. Yəni, vətəndaş iki aydır bir qurumun işçisidir, adınaəmək haqqı kartı var.Amma onun özününbütün bunlardan xəbəri yoxdur.


 

190 manat birdəfəlik ödəmə üçün aztəminatlı ailə olaraq o da aidiyyatı üzrə müraciət edib. Lakin sorğuya cavab olaraq göndərilən sms-də adına əmək müqaviləsinin olduğu aşkarlanıb.

 

Ağstafa rayonunun Kolxəlfəli kənd sakini Samir Mədədov bildirir ki, xüsusi karantin rejimindən əvvəl Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzinə iş üçün müraciət edib. Daha sonra xüsusi karantin rejimi olduğu üçün müraciəti ilə bağlı maraqlana bilməyib. Sonradan bəlli olub ki, vətəndaş iki aydır Mənzil Kommunal İstismar İdarəsində işlə təmin edilib. Adına isə əmək haqqı kartı da təyin edilib.

Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzindən isə vətəndaşa bildirilib ki, iki aydır adının işdə olmasını bilməməsi vətəndaşın öz günahıdır. Bildirilib ki, Samir Mədədov əlaqə nömrəsi də yazmayıb. Vətəndaş isə bu iddianı qəbul etmir.

Ağstafa Mənzil Kommunal İstismar İdarəsinin rəisi Taleh Hüseynov bildirib ki, vətəndaşın Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon məşğulluq mərkəzinə müraciətindən sonra Dost Mərkəzi vasitəsilə onun təyinatı məhz sözü gedən idarəyə gəlib. Bundan sonra vətəndaş laqeydlik göstərərək müraciəti ilə maraqlanmayıb. Ona görə də Samir Mədədovun iki ay əmək haqqı kartı bankda qalıb. May ayının 9-dan işləyir və günü yazılır. İşçi işlədiyi günlərin müqabilində də əmək haqqı alacaq.

Loading...