AFFA daha bir yığmanın baş məşqçisini istefaya göndərdi

AFFA daha bir yığmanın baş məşqçisini istefaya göndərdi

AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib. 

Bu barədə "Report"a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. 

Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb. 

Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib.