Ağstafa sakinlərindən orduya dəstək - VİDEO

Ağstafa sakinlərindən orduya dəstək - VİDEO

Artıq bir neçə gündür Bakıda başlayan və bütün ölkədə orduya dəstək məqsədilə onlarla yük maşınına təkərlər yüklənərək cəbhənin müxtəlif istiqamətlərinə göndərilir.

Axeber.az kazus.az-a istinadən xəbər verir ki, aksiyaya Ağstafa rayonunun Poylu kənd sakinləri də qoşulub.

Aksiyada iştirak etmək üçün bir araya gələn kənd sakinlərinin əsas məqsədi ordu üçün kiçik də olsa bir iş görməkdir.

“Hər şey vətən üçün” şürarı ilə başlanılan aksiya çərçivəsində Poylu sakinləri bir neçə gündür işlənmiş və istifadəyə yararsız təkərləri toplayıb, bu gün isə yük maşınına yükləyib, cəbhənin müxtəlif istiqamətlərinə yola salıblar.

Kənd sakinləri Kazus.az-a bildirib ki, proses davamlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, avtomobil təkərləri cəbhə bölgəsində mühüm əhəmiyyətə malikdir. Belə ki, həm dözümlü, həm də güllələrin saxlama və soyutma xassələrinə malik olan təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi üçün olduqca əhəmiyyətli materialdır.

Xatırladaq ki, Azərbaycanda orduya dəstək məqsədi ilə müxtəlif qurumlar və təşkilatlar tərəfindən də dəstək aksiyaları həyata keçirilir.