Ağstafada 5 aylıq körpəsi soyuqdəymədən ölən ailəyə yardım edilməsi ilə bağlı kampaniyaya başlanılıb

Ağstafada 5 aylıq körpəsi soyuqdəymədən ölən ailəyə yardım edilməsi ilə bağlı kampaniyaya başlanılıb

Sosial şəbəkədə Ağstafa rayonunda 5 aylıq körpəsi soyuqdəymədən ölən ailəyə yardım edilməsi ilə bağlı kompaniyaya başlanılıb. 

Rayonun Vurğun qəsəbə sakini Tural Qasımovun övladı, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə soyuqdəyməsən dünyasını dəyişməsindən sonra jurnalistlər və bir neçə aktivist ailəyə yardım məqsədi ilə sosial şəbəkədə #soyuqdandonuruq haştağı ilə kompaniyaya başlayıb. 

Hər kəs rayon rəhbərliyi və imkanlı şəxslərdən maddi durumu zəif olan ailəyə köməklik göstərilməsini xahiş edir. 

Belə ki, Tural Qasımov və həyat yoldaşı Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Hətta otaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onların əvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.

Xatırladaq ki, 5 aylıq körpə - Turan Qasımov bir neçə gün bundan əvvəl soyuqdəymədən dünyasını dəyişib.