Akif Nağı Türkiyədə qazilərlə əməkdaşlığa dair razılığa gəldi

Akif Nağı Türkiyədə qazilərlə əməkdaşlığa dair razılığa gəldi

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Türkiyənin paytaxtı Ankarada bir neçə yeni görüşlər də keçirib. 

Axeber.az-ın məlumatına görə, günün birinci yarısında Yenidən Rifah partiyasının mərkəzi qərargahında partiya başqanının   müavini Doğan Bekinlə görüş baş tutub. Görüşdə Akif Nağı Yenidən Rifah partiyasının fəaliyyətində Qarabağ məsələsinə xüsusi önəm verilməsinin istədiklərini bildirib, Qarabağ münaqişəsi ilə bağlı geniş şəkildə ətraflı məlumat verib. Partiya rəsmisi isə Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı, hazırki vəziyyəti ilə bağlı ətraflı məlumatı olduğunu, danışıqlar prosesini diqqətlə izlədiklərini, istənilən vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin  ədalətli həllinə yardım etməyə hazır olduqlarını bildirib. O, bir partiya olaraq daim Qarabağ məsələsini gündəmdə saxladıqlarını və bundan sonra da saxlayacaqlarını xüsusilə vurğulayıb. Görüşün sonunda Qarabağ Azadlıq Təşkilatı ilə Yenidən Rifah partiyası arasında  Qarabağ həqiqətlərinin Türkiyə cəmiyyətinə çatdırılması, bu məqsədlə birgə tədbirlərin, o cümlədən konfrans, simpozium və digər tədbirlərin keçirilməsi ilə bağlı razılığa gəliblər.

Günortadan sonra QAT sədri Azərbaycanın dövlət və siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, Azərbaycanın böyük şəxsiyyətinin ruhuna dualar oxunub,  xatirəsi yad edilib. QAT sədri axşam Anadolu Şəhid Ailələri və Qaziləri  Paylaşma və Dayanışma Federasyonu başqanı Keyhan Yazıçı ilə görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bir sıra   vacib məsələlərin həlli ilə bağlı əməkdaşlıq edilməsinin vacibliyi vurğulanıb, təkcə iki ölkə sərhdləri ilə deyil, bu əməkdaşlığı daha geniş miqyasa yaymağın vacibliyi qeyd olunub. Tərəflər  bütün vacib məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” və digər məsələlərdə dünya boyunca ermənilərin saxta təbliğatının ifşa olunması üçün birgə fəaliyyət göstərməyə, bu prosesə Azərbaycan və Türkiyədən başqa digər ölkələrin də qeyri hökumət təşkilatlarının cəlb olunması ilə bağlı razılığa gəliblər. Bu günkü görüşlərdə Qarabağ Azadlıq Təşkilatının Türkiyədə əməkdaşlıq etdiyi “Dünya Azərbaycanlılarının Platforma Qurumu”nun sədri Samir İsgəndəroğlu  fəal şəkildə işrtirak edib və bu görüşlər məhz onun təşkilatçılığı ilə baş tutub. Ümumu razılşamaya görə üç təşkilatın arasında bütün məsələlərlə bağlı geniş əməkdaşlığa dair ilkin razılaşma əldə olunubdur.

QAT sədri Akif Nağının Türkiyə səfəri davam edir.