Akif Çovdarov koronavirusa görə karantinə alındı

Akif Çovdarov koronavirusa görə karantinə alındı

Əfv olunan MTN generalları koronavirus riskinə görə karantinə alınıb. 

Qafqazinfo-nun verdiyi xəbərə görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.

Hər iki general səhhətinə görə əfvin icrası ilə bağlı tədbirdə iştirak etməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun da adı var idi.