Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirildi

Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirildi

İyunun 6-da ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Axeber.az xəbər verir ki, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov qonaqlara dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib.

Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.