Almaniya polisləri Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək

Almaniya polisləri Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək

Almaniyadan 15 polis əməkdaşı Ermənistan və Azərbaycan arasında atəşkəsin qorunması üzrə beynəlxalq missiyada iştirak edəcək, silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul xidməti həyata keçirəcək.

Axeber.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.

"Federal Nazirlər Kabineti Almaniyanın Azərbaycanla beynəlxalq sərhəddə Aİ-nin Ermənistandakı yeni missiyasında (EUMA) iştirak etməsi barədə qərar qəbul edib", - deyə, o bildirib.

O, EUMA missiyasında "maksimum" 15 alman hüquq-mühafizə orqanı əməkdaşının iştirak edəcəyini və Avropanın müxtəlif ölkələrindən iştirak edən polis əməkdaşlarının ümumi sayının 100 nəfər olacağını qeyd edib.