AMEA-da yeni təyinatlar olub

AMEA-da yeni təyinatlar olub

AMEA-da yeni təyinatlar olub.

Axeber.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar. 

Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.

***

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

Bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Loading...