ANAMA: Azad edilmiş ərazilərdə daha 178 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə daha 178 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Axeber.az-a bildirilib ki, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 109 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 155 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 413 hektar ərazi mina və PHS-lərdən təmizlənib.