“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər

“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb.

Axeber.az bildirir ki, bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb: 

“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!", - D.Tramp qeyd edib.