"Araz" marketdəki saxta endirimin üstü belə açıldı - Hər kəs bu "qiymət"dən danışır

"Araz" marketdəki saxta endirimin üstü belə açıldı - Hər kəs bu "qiymət"dən danışır

Bakıda marketlərdə ərzaq məhsullarında süni qiymət artımı müşahidə edilir.

Axeber.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial media istifadəçiləri paylaşım ediblər:

"Araz Supermarketlərində 12 manat qiyməti olan kolbasa guya 7.79-a endirimə düşüb. Halbuki həmin kolbasanın qiyməti hər zaman 7.79 olub”.

Qiyməti digər marketlərlə müqayisə edən xanım həmin kolbasanın Bravo-da endirimsiz 7.79 olduğunu çəkərək, paylaşıb.

Qeyd edək ki, son günlər sosial mediada qiymət artımı, bahalaşma ilə bağlı tez-tez paylaşımlar edilir.