Atambayevin evində yanğın- Jeenbəyov ölkəyə qayıdır - VİDEO

Atambayevin evində yanğın- Jeenbəyov ölkəyə qayıdır - VİDEO

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinin ərazisində yanğın başlayıb.

Bu barədə “RİA Novosti” xəbər verib. Həmin ərazidən atəş və güllə səsləri eşidilməkdədir. 

“TASS” yazır ki, istirahətdə olan Qırğızıstan prezidenti Sooronbay Jeenbəyov də artıq paytaxt Bişkekə yola düşüb.

**

Keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. (qafqazinfo)

Axeber.az