Avropalıların “Sarı gəlin”ə reaksiyası - VİDEO

Avropalıların “Sarı gəlin”ə reaksiyası - VİDEO

Çexiyanın Brno şəhərində yaşayan azərbaycanlı Elmar Həmidli Yutubda «Ra&Kam TV» adlı bloq yaradıb və növbəti buraxılışlarının birində avropalıları daha bir Azərbaycan musiqisi ilə tanış edib.

Axeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Brnonun sakinlərinə, qonaqlarına yaxınlaşan E.Həmidli onlardan Azərbaycanın xalq mahnısı - “Sarı gəlin”i dinləmələrini xahiş edib və daha sonra fikirlərini öyrənib.

Bloqqerin həmsöhbətlərindən biri mahnını mistik adlandırıb və onun Şərq üslubunda yazıldığını qeyd edib. Onun sözlərinə görə, “Sarı gəlin” sakitləşdirir və onu dinləyərkən o, gözlərinin önündə səma görür. Digəri isə bunları deyib: ““Avatar” filminin saundtrekinə bənzəyir. Onu motivasiya üçün dinləyərdim”.

Digər həmsöhbətlərin “Sarı gəlin”ə olan reaksiyası aşağıdakı videoda: