Azərbaycan-Koreya dostluq münasibətlərinə həsr olunan konsert təşkil edilib - FOTO

Azərbaycan-Koreya dostluq münasibətlərinə həsr olunan konsert təşkil edilib - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkənin dostluq münasibətlərinə həsr edilən konsert olub.

Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə koreyalı violonçel ifaçısı xanım Ryo Meehae çıxış edib.

Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında “Vətən baharı” simfoniyası (Koreya əsəri) və Ryo Meehaenin ifasında “Rokoko mövzusunda variasiya” səsləndirilib.

Bu konsert ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının yeni mərhələyə qədəm qoymasına özünəməxsus töhfədir.

Qeyd edək ki, Koreyanın tanınmış musiqiçilərindən olan Ryo Meehae Avropada aktiv şəkildə musiqi fəaliyyəti ilə də məşğul olur və beynəlxalq müsabiqələrdə münsif kimi iştirak edir.