Azərbaycan İranla sərhədini bağladı: gediş-gəliş dayandırıldı

Azərbaycan İranla sərhədini bağladı: gediş-gəliş dayandırıldı

Axeber.az bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən "Report”a verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir. 

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

14.55

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Axeber.az bildirir ki, Report-un əldə etdiyi məlumata görə, məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.