Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı

Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı

Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinə əlavə məşqçi təyinatları olub.

Axeber.az xəbər verir ki, federasiya rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə titullu mütəxəssislər cəlb etməyi qərara alıb.

İdmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvlərindən Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib.

Federasiyanın prezidenti Yaşar Bəşirov, kumite üzrə əsas milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov Azərbaycan karatesinə nüfuz qazandıran tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını düşünür.

Yeniyetmə və Gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

Yeniyetmə və gənclər seçmə komandaları bu ilin mayında Kiprdə, iyulda Xorvatiyada, sentyabrda Türkiyədə və dekabrda İtaliyada Karate1 Gənclər Liqası, avqustda isə Finlandiyada Avropa çempionatında mübarizə aparacaq.