Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək. 

Axeber.az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq. 

Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir. 

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır. 

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək. 

Azərbaycan Kuboku 

Final

27 may 19:00 

“Qarabağ” – “Zirə” 

Baş hakim: Elçin Məsiyev 

Qəbələ şəhər stadionu