“Azərbaycan Ordusu qarşıya qoyulan istənilən döyüş tapşırığını icra etməyə hazırdır” - Anar Eyvazov

“Azərbaycan Ordusu qarşıya qoyulan istənilən döyüş tapşırığını icra etməyə hazırdır” - Anar Eyvazov

“Hazırda əməliyyat bölgəsində əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır”.

Axeber.az xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ali Baş Komandanın göstərmiş olduğu qətiyyətli mövqe Ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb: “Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.