Azərbaycan Premyer Liqası: Avrokuboka sonuncu vəsiqə və elitanı tərk edəcək klub müəyyənləşə bilər

Azərbaycan Premyer Liqası: Avrokuboka sonuncu vəsiqə və elitanı tərk edəcək klub müəyyənləşə bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun digər oyunları keçiriləcək.

Axeber.az bildirir ki, günün bütün qarşılaşmaları saat 16:30-da start götürəcək.

Bu turda avrokuboka vəsiqə qazanan dördüncü kollektiv və çempionatda sonuncu yeri tutacaq komanda müəyyənləşə bilər.

Çempionluğu təmin edən "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"ı sınağa çəkəcək. "Turan Tovuz" "Səbail"lə, "Şamaxı" "Qəbələ"ylə, "Sabah" isə "Zirə" ilə üz-üzə gələcək.

"Qəbələ" qalib gəlsə, "Zirə"nin xal itirməsi durumunda UEFA Konfrans Liqasında iştirakını rəsmiləşdirəcək. "Qartallar" uduzacağı təqdirdə "qırmızı-qaralar"a bir xal da kifayət edəcək

Premyer Liqada sonuncu yerin taleyinə də aydınlıq gələ bilər. "Şamaxı" doğma meydanda məğlub olsa, "Səbail" isə Tovuz səfərindən üç xalla qayıtsa, şamaxılılar I Diviziona düşəcək.

Beləliklə, XXXVI tur formal xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası, XXV tur

21 may. 

"Kəpəz" 1:3 "Neftçi"

22 may

16:30. "Qarabağ" - "Sumqayıt"

16:30. "Turan Tovuz" - "Səbail"

16:30. "Şamaxı" - "Qəbələ"

16:30. "Sabah" - "Zirə"

Turnir cədvəli:

"Qarabağ" - 87 xal

"Sabah" - 80 xal

"Neftçi" - 65 xal

"Qəbələ" - 48 xal

"Zirə" - 46 xal

"Turan Tovuz" - 38 xal

"Kəpəz" - 30 xal

"Sumqayıt" - 28 xal

"Səbail" - 25 xal

"Şamaxı" - 24 xal