Azərbaycan sərhədçiləri hücuma keçdi- Düşmən mövqeləri nəzarətə götürüldü (FOTO)

Azərbaycan sərhədçiləri hücuma keçdi- Düşmən mövqeləri nəzarətə götürüldü (FOTO)

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi jurnalist Rəşad Süleymanov  Azərbaycanın sərhədçilərinin Qazax istiqamətində döyüş mövqelərini irəli çəkdiyini bildirib.

Axeber.az-ın məlumatına görə, R.Süleymanov özünün feysbuk hesabında bunları yazıb:

"DSX Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradaraq, böyük bir ərazini tam nəzarət altına götürüb.


Düşmənlə döyüş aparılaraq irəli çəkilən mövqelərimizdən Ermənistan Respublikası ərazisindəki düşmən mövqeləri nəzarət altındadır.

Bir azdan detallı xəbəri və fotoları təqdim edəcəm.

Döyüşlə alıb dayandığı mövqedəki əsgərimizi də çəkdim. Günün fotosu olsun!"

Qaynar xətt

055 530 3064