Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə görüşü başladı
İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb.
Axeber.az-ın məlumatına görə, görüş mətbuat üçün qapalı rejimdə keçirilir.
Görüşdə ATƏT Minskq qrupunun həmsədrləri də iştirak edir.
Qeyd edək ki, görüşdən əvvəl həmsədrlər arasında görüşlə əlaqədar fikir mübadiləsi aparılmışdı.