Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Konfederasiyasının Federal müşaviri Gi Parmelin ilə görüşüb.

Axeber.az  xəbər verir ki, bu barədə Taleh Kazımov özünün tvitter səhifəsində yazıb.

"Görüşdə Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq əlaqələri, SECO-nun Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq”, - AMB sədri qeyd edib.