Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya və biznes sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya və biznes sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə görüşüb.

Axeber.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə yazıb.

"Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.