Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı oldu

Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı oldu

Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Axeber.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.