Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi

“İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi”.

Axeber.az bildirir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq”.