Azərbaycan XİN rəhbəri: “Sülh prosesi formatın girovu ola bilməz”

Azərbaycan XİN rəhbəri: “Sülh prosesi formatın girovu ola bilməz”

“Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu proses formatın girovu ola bilməz”.

Axeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib: “Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik”.