Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli qədəm qoyub.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Axeber.az-a verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 19:33-də baş verib.

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayır.