Azərbaycanda 19 nəfər də koronavirusdan sağaldı

Azərbaycanda 19 nəfər də koronavirusdan sağaldı

Azərbaycanda koronavirusdan sağalanların sayı artıb.

Axeber.az xəbər verir ki, koronavirus infeksiyasına yoluxan 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.