Azərbaycanda baş həkim COVID-19-a yoluxub

Azərbaycanda baş həkim COVID-19-a yoluxub

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

APA-nın yerli bürosunun məlumatına görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.