Azərbaycanda bütün təhsil müəssisələri və uşaq bağçalarında tətil elan olundu

Azərbaycanda bütün təhsil müəssisələri və uşaq bağçalarında tətil elan olundu

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.


Axeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib.

Qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Loading...