Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9073493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4916894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4156599 təşkil edir.