Azərbaycanda daha 4 170 nəfər koronavirusa yoluxdu, 38 nəfər öldü

Azərbaycanda daha 4 170 nəfər koronavirusa yoluxdu, 38 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.

Ötən müddət ərzində 1 718 235 test aparılıb. Bugünkü test sayı isə 17 581-dir.