Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı

Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı

Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Asif Abdullayev həbs edilib.

“Qafqazinfo” nun məlumatına görə, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fondda xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı fondun sədri A. Abdullayev və məsləhətçi Məharət Əhmədov saxlanılıb.

Onlar korrupsiyada ittiham edilir.