Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kişi arvadını, qaynını və qayınanasını güllələyib öldürdü

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kişi arvadını, qaynını və qayınanasını güllələyib öldürdü

Masallı rayonunda qətl hadisəsi baş verib.

Axeber.az-ın məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək. //report