Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü - MƏHKƏMƏ

Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü - MƏHKƏMƏ

Gəncədə həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Axeber.az bildirir ki, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Dadaş İmaovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin olunub. 

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Gəncənin Zülfi Hacıyev küçəsində baş verib. Salyan sakini, 33 yaşlı Zaur Orucov həyat yoldaşı, 24 yaşlı Nuranə Quliyevanın yataq otağının pəncərəsindən içəri daxil olub. Zaur Orucov qadının ondan boşanmaq istəməsi səbəbindən üzərində gətirdiyi bıçaqla ona 8 zərbə vurub.

Nuranə Quliyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zaur Orucov saxlanıb.