Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən riskli yerlər açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən riskli yerlər açıqlandı - RƏSMİ

“Polislər arasında da koronavirusa yoluxma faktları var. “Bakı Metropoliteni” QSC-də xidmət göstərən polis əməkdaşının koronavirusa yoluxması ilə bağlı məndə məlumat yoxdur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, metro və nəqliyyat vasitələri riskli yerlər hesab olunur:

“Bu səbəbdən də ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə edilməsi çox önəmlidir”.