Azərbaycanda koronaya günlük yoluxma açıqlandı

Azərbaycanda koronaya günlük yoluxma açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axeber.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 117, bu günə qədər isə ümumilikdə 6 970 953 test icra olunub.