Azərbaycanda məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək

Azərbaycanda məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək

Azərbaycanda məhkəmələrin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb.

Axeber.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Qərarda deyilir:

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilsin".